Ferrari Melburna kimi maşını yaxşılaşdırmağa ümid edir

Mövsümöncəsi testlər arxada qalıb, amma Ferrari komandası Maranellodakı bazasında dərhal toplanmış məlumatların təhlilinə başlayıb: mühəndislərlə bir yerdə sürücülər də bu […]

Mövsümöncəsi testlər arxada qalıb, amma Ferrari komandası Maranellodakı bazasında dərhal toplanmış məlumatların təhlilinə başlayıb: mühəndislərlə bir yerdə sürücülər də bu işlə məşğul olublar. Fernando Alonso İtaliyaya komanda ilə birlikdə təyyarədə qayıdıb, Felipe Massa isə Monakodan maşınla gəlib və axşama kimi simulyatorda işləyib.

Günorta Stefano Domenikali komandanın məsul işçilərini bir araya toplayıb…

Stefano Domenikali: “Əlbəttə, biz testlərin nəticələrindən razı qala bilmərik, xüsusən də qarşımızda duran məqsədləri nəzərə alsaq. Amma unutmamalıyıq ki, çempionat hələ başlamayıb. Qarşıda uzun mövsüm var və biz bilirik ki, bəzi məsələlər var, onları cəld həll etməliyik: söhbət həm etibarlılıqdan, həm də sürətdən gedir. Amma mən gözləyirəm ki, sizin hamınız işin öhdəsindən gələcəksiniz və göstərəcəksiniz ki, nəyə qadirsiniz.”

Komandanın başçısını Fernando Alonso da dəstəkləyib…

Fernando Alonso: “Hər şeydən əvvəl mən hamıya minnətdarlıq etmək istəyirəm. Arxada bir neçə gərgin ay qalıb və mən bilirəm ki, siz əlinizdən gələni etmisiniz: sutkalarla trasda və bazada çalışmısınız ki, məni və Felipeni sürətli maşınla təmin edəsiniz.

Yeni F2012 bəzi xarakteristikalarına görə fərqlənir, onları üzə çıxarmaq çətindir və çox güman ki, biz hələ istədiyimiz nəticələrə nail olmamışıq. Amma bizim Formula1-də böyük təcrübəmiz var və hamı yaxşı başa düşür ki, yalnız Avstraliyada biz görəcəyik ki, digər komandaların yanında Ferrari necə görünür.

Söz-söhbət və rəylər çoxdur, amma heç kim əsl həqiqəti bilmir. Məsələn, hamının lider hesab etdiyi Red Bull komandası dünən bir neçə dövrə vura bildi, Sebastyan Fettel isə protokollarda sonuncu yeri tutdu. Heç kim bu fakta diqqət belə yetirmədi, amma onun yerinə biz olsaydıq, daha çox səs-küy qopardı.

Biz hamımız daha gərgin çalışmalıyıq ki, vəziyyəti düzəldək. Kollektiv mehribandır və hər bir əməkdaş ümumi işə bütün qüvvəsini sərf etməyə hazırdır. Mən sadəcə bir epizodu xatırlatmaq istəyirəm: iki il əvvəl sonuncu testlərdə biz Red Bull, McLaren, Sauber və Force İndia komandalarından sonra beşinci olduq, amma iki həftə sonra Bəhreyndə qələbə dublu qazandıq.

İlk yarışda deyil, noyabrda, mövsümün sonunda birinci olmaq daha vacibdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*