F-1.az xatırladır ki, Ferrari 2019-cu ildə ənənəvi parlaq qırmızı rəngdən imtina edərək, mat qırmızı rəngə keçmişdi. Mattia Binotto bu addımın səbəbibi bolidin ağırlığını azaltmaq olaraq açıqlamışdı. Çünki mat rəng maşının ağırlığını az da olsa, azaldır. Ferrari bununla maşının ağırlığını iki kiloqram azaltmağı hədəfləyir.
Mattia Binotto: “2020-ci ildə ağırlığı azaltmaq üçün mat rəngdən istifadə etməyə davam edəcəyik. Formula1-də çox güclü rəqiblərimiz var. Buna görə də çəki hamı üçün vacibdir. Əvvəl rəqiblərimizə çatmalı və daha sonra onları qabaqlamalıyıq. Uğur qazanmaq üçün isə stabillik və səbir lazımdır”.