F-1.az xatırladır ki, Sebastyan Fettel mövsümün ilk 3 yarışında 2 poul və 2 qələbə qazanıb.
Felipe Massa: “Sözün düzü gözləmirdim. Mercedes-in öndə olmasını gözləyirdim. Düşünürdüm ki, Red Bull da onlarla mübarizə apara bilər. İlk yarışlardakı hadisələr idman üçün əladır. Çünki bir komandanın qazandığını görmürük. Ferrari-nin gözəl başlamasına sevindim. Maranelloda son iki ildə çox dəyişiklik edildi. Əksəriyyət onların gerilədiyini düşündü. Amma güclü komandaya sahib olduqlarını göstərir. Buna görə xoşbəxtəm, çünki mən həmişə Ferrari fanatı olmuşam”.