Ferrari konsepti dəyişməyəcək

Ferrari komandası gələn il də indiki konseptə sadiq qalacaq.

F-1.az xatırladır ki, Ferrari 2022-ci ildə özünəməxsus konsept seçib və bu, sürətli olsa da bəzi çatışmazlıqları olub. F1-75 vahid dövrədə güclü görünsə də, təkərləri tez yeyir və yarış tempində Red Bull-a uduzur.

Bundan başqa motor da etibarsızdır və buna görə Ferrari üç yarışda əziyyət çəkib.

Buna baxmayaraq, Ferrari konsepti dəyişməyi düşünmür. Əvəzində motordakı etibarsızlıq problemini həll etməyə çalışır.

Mattia Binotto: “Bolidi daha sürətli və daha etibarlı hala gətirməliyik. Bütün mövsüm ərzində mübarizə aparmaq üçün bunlar lazımdır. Lakin öz fəlsəfəmizi qoruyacağıq. Heç kimi kopiyalamıyacağıq. F1-75 başlanğıc nöqtəsidir. Konseptimizə sadiq qalmalı və hər sahədə təkmilləşməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*