F-1.az xatırladır ki, Kimi Rəykkönen və Sebastyan Fettel cütü artıq üçüncü mövsümdür ki, bir yerdə yarışırlar. Almaniyalı sürücü bundan əvvəlki iki mövsümdə komanda yoldaşını xal hesabında üstələyə bilib.
Bu mövsümə qələbə ilə başlayan və çempionluğu hədəfləyən Ferrari komandası Çin yarışında tempi olmayan, eyni zamanda arxasında Sebastyan Fetteli ləngidən Kimi Rəykkönenə komanda əmri verməmişdi. Bu qərar əksər mütəxəssislərin tənqidinə məruz qalmışdı.
Mauritsio Arrivabene: “Çempionat hələ yeni başlayıb. Sürücülər gələcəklə bağlı qaydaları çox gözəl bilirlər. Əgər çempionluq uğrunda mübarizə aparırıqsa, lazım olan vaxtda qərar verəcəyik. Amma indi qərar vermək üçün çox tezdir”.