F-1.az xatırladır ki, Kimi Rəykkönen mövsümün ilk yarışını motorun gücü itdiyinə görə, yarımçıq saxlamalı olmuşdu. Ferrari komandası mühərriyin zədələnmədiyinə ümid edirdi.
Həftə ərzində aparılan yoxlamalardan məlum olub ki, problem turbo sistemində imiş, qalan hissələr isə sağlamdır. Finlandiyalı sürücü 2-ci yarışda da eyni mühərriklə mübarizə apara biləcək. Amma turbo sistemi dəyişdirilməlidir.