Ferrari komandası Mercedes AMG-dən öndədir?

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq bildirib ki, Barselona testlərindən aldıqları məlumatlara görə, Ferrari onlara yaxındır və ya onlardan qabaqdadır...

F-1.az xəbər verir ki, Mercedes AMG komandası 8 günlük testlərdə 19 yarış məsafəsi qət edib. Ferrari isə daha çox qısa dövrə seriyalarında çalışıb və 8 günün beşində 1-ci yeri tutub.

Niko Rosberq əsas rəqibləri Ferrari-ni dəyərləndirib: “Qətiliklə deyə bilərəm ki, onlar çox sürətləniblər. Bütün komandaların strategiya üzrə mütəxəssisləri olur. Ona görə də bütün komandaların nə qədər yanacaq yükü ilə test etdiyini demək olar ki, bilirik. Onlar da bizim yanacaq yükünü bilirlər.

Ona görə də Ferrari ilə müqayisədə harada olduğumuzu bilirik. Onlar bizə yaxındırlar, ancaq mən bilmirəm ki, biz onlardan qabaqdayıq yoxsa geridəyik.

Biz bunu bilmək üçün iki həftə gözləməliyik.

Testlər bizim üçün yaxşı keçdi. Təbii ki, sürət hər şeydən önəmlidir və biz ondan 100 faiz əmin deyilik.

Biz bilirik ki, Ferrari yaxındır. Bu yaxınlıq hər cür ola bilər. Ancaq ondan başqa hər şey çox yaxşı idi. Avstraliya yarışı üçün hazıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*