Ferrari komandası maşınlardan ştrix-kodları silib

Ferrari komandasının nümayəndələri Avropa həkimlərinin replikalarını ciddi tənqid ediblər – həkimlər Skuderiyanı tütün reklamında ittiham ediblər: maşınların moto qapağı üzərindəki […]

Ferrari komandasının nümayəndələri Avropa həkimlərinin replikalarını ciddi tənqid ediblər – həkimlər Skuderiyanı tütün reklamında ittiham ediblər: maşınların moto qapağı üzərindəki ştrix-kodlar Philip Morris şirkətinin məşhur Marlboro loqotipini xatırladır. Tütün şirkəti komandanın ən böyük sponsorlarından biri olsa da, İspaniyada maşınalrın üzərində ştrix-kodlar olmayacaq – bu gün komanda simvolları silib və bu münasibətlə rəsmi bəyanat yayıb…

Bəyanatda deyilir:Philip Morris İnternational ilə birlikdə biz İspaniya Qran Prisindən başlayaraq maşınların rəngini dəyişməyi qərara aldıq. Biz bunu ona görə edirik ki, birdəfəlik ştrix-kod məsələsinə son qoymaq istəyirik – bu simvol heç bir vaxt tütün reklamını ifadə etməyib. Biz bu movzuya son qoymaq və daha vacib məsələlərin həllinə diqqətimizi yönəltmək istəyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*