Biz avropalı hüquqşünasların Ferrari komandasının Marlboro brendi ilə müqaviləsini artırmasından narazılığı barədə artıq yazmışdıq. O zaman komanda rəsmi cavabında bildirmişdi ki, bu əməkdaşlıq heç bir qanunu pozmur, amma bu gün FİA-nın rəsmi protokollarında tütün brendinin adı yoxa çıxıb – komandanın adı sadəcə Scuderia Ferrari yazılıb.
Eyni yazı komandanın boksları üzərində də asılıb – Silverstounda Marlboro brendini heç harda görmək mümkün deyil, amma komanda hələlik rəsmi bəyanat yaymayıb.
Ferrari-nin nümayəndəsi britaniyalı jurnalist Adam Kuperə bildirib ki, “bu bizim qərarımızdır, biz artıq Avropanın bütün ölkələrində tələb olunan bütün tələblərə cavab veririk.”