F-1.az xatırladır ki, Ferrari komandasının rəhbəri Mattia Binotto qış testlərindən sonra sürücülərin yarışmasına icazə verəcəyini desə də, Avstraliya yarışında gənc sürücünün Fetteli keçməsinə imkan verməyərək özünü təkzib edib. Belə ki, Lekler dördqat Dünya Çempionuna yaxınlaşdıqdan sonra komandadan “Sebastyanı keçim?” soruşub. Komanda isə cavabında “Yox. Bir az yavaşla və arxada qal”, – deyib.
Mattia Binotto: “Sebastyan pitə girəndə medium təkərləri aldı, amma asfaltla lazımi ilişmə yox idi. Ferstappenlə mübarizə apararkən təkərləri öldü. Buna görə də yarışı bitirməyə qərar verdik. Yarışın sonunda təkərlərə nəzarət edirdi. Yarışın bitməsinə 10 dövrə qalmışdı. Risk almamaq, yerimizi qorumaq və xallar almaq istədik. Şarlın pitdən sonrakı performansı gözəl idi. Biz isə riskə girmək istəmədik. Onsuz da qələbə uğrunda mübarizə aparmırdılar”.