Ferrari: “Kimi Rəykkönenin oturacağı hazırdır” (video)

Ferrari komandasının mətbuat xidməti yeni maşının təqdimatına azarkeşlərin marağını artırmaq məqsədilə növbəti videoçarxını yayıb - xatırladaq ki, builki maşının təqdimatı fevralın 19-da olmalıdır...

F-1.az Skuderiyanın rəsmi səhifəsinə istinadən bildirir ki, bu dəfə mətbuat xidməti Kimi Rəykkönen üçün yeni maşının kokpitində oturacaq yerinin hazırlanması prosesini əks etdirən videonu paylaşıb.

Aydın məsələdir ki, bu proses uzunmüddətlidir, videoçarx isə cəmi dəqiqə yarım davam edir, amma azarkeşlər bu qısa videoda belə bəzi maraqlı məqamlara diqqət yetiriblər. Əvvəla, finlandiyalı sürücünün əhvalı çox yüksəkdir, bu isə onun yeni maşından razılığından irəli gələ bilər. İkincisi, komanda bu texniki prosesə olduqca böyük qiymət verib – Kiminin ətrafında yarış mühəndisləri ilə yanaşı komandanın başçısı Mauritsio Arrivabeneni də görmək olar.

Ən diqqətli azarkeşlər isə Kiminin kombinezonunda daha çox ağ rəngi seziblər. Ona görə də güman ediblər ki, yeni maşının rəng çalarlarında da eyni dəyişiklik olacaq – düzdür, bu dəyişikliyi biz ancaq bir həftədən sonra görə biləcəyik.

Azarkeşləri ölkədə dərc olunan La Reppublica qəzeti də qızışdırıb. Jurnalistlər yeni maşının təsvirlərini əldə ediblər və bildiriblər ki, yeni maşının rəng çalarlarında məşhur Ferrari 312T-nin motivlərindən istifadə olunub – 1975-ci ildə məhz bu maşının sükanı arxasında Niki Lauda italyanları uzunmüddətli durğunluq və uğursuzluq dövründən çıxarmışdı. İndi isə Skuderiya Arrivabenenin başçılığı altında yeni eraya qədəm qoymağa hazırlaşır…

Niki Lauda

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*