Ferrari Kaspersky ilə əməkdaşlığı dondurub

Ferrari komandası Rusiyanın Ukraynanı işğal etməsindən sonra Kaspersky ilə tərəfdaşlığını dondurub.

 

F-1.az bildirir ki, məşhur antivirus şirkətinin loqotipləri artıq bolidin və sürücü dəbilqələrinin üzərində olmayacaq. İtalita komandası Kaspersky ilə olan müqaviləni dondurub. Bu isə o deməkdir ki, şirkətin loqotipləri maşının üzərində olmayacaq. Amma Kaspersky “qırmızılar”ın antivirus təminatçısı olaraq qalacaq.

Ferraru bu barədə belə açıqlama yayıb: “Ferrari idman vasitəsilə Ukraynanı dəstəklədiyini və onların yanında olduğu mesajını verir. Ferrari komandası Kaspersky loqotiplərini bolidin üzərindən və dəbilqələrdən götürmək qərarına gəldi. Dəbilqələrdə Kaspersky loqotiplərini #essereFerrari loqotipləri əvəz edəcək”.

Qeyd edək ki, Ferrari Ukraynaya 1 milyon avro yardım edəcəyini deyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*