F-1.az xəbər verir ki, Auto Motor und Sport Ferrari-nin növbəti yarışa yenilənmiş turbin gətirəcəyini bildirib. Komandanın bundan əvvəl hazırladığı turbində olduqca çox etibarlılıq problemləri ortaya çıxmış, aprel ayından etibarən əsas diqqət turbinə yönəldilmişdi. Yeni turbin ilə birlikdə komandanın motorun tam gücündən istifadə edə biləcəyi iddia edilir.
RTL-in iddiasına görə isə, Ferrari turbin üzündən hər dövrədə yarım saniyə vaxt itirirmiş.