Ferrari İtaliyanın ən yaxşı 7-ci brendirir

Brand Finance şirkətinin analitikləri 100 ən dəyərli italyan brendinin reytinqini tərtib ediblər.

F-1.az xəbər verir ki, Ferrari bu reytinqdə yalnız yeddinci yeri tuta bilsə də, digər avtomobil markalarından daha da irəlidə olub.

Reytində məşhur dəbdəbəli geyim markası Gucci başçılıq edir. İkinci yerdə enerji sahəsində fəaliyyət göstərən Eni, üçüncü yerdə isə məşhur beynəlxalq elektrik, qaz istehsalçısı və distribyutoru Enel qərarlaşıb.

İlk onluğa başqa avotmobil markası girə bilməyib – Lamborghini 11-ci, Fiat isə 24-cü yerdə qərarlaşıb. Formula1-i yaxından maraqlandıran daha bir şirkət də Pirelli-dir ki, çempionatın yeganə təkər təchizatçısı öz ölkəsində 29-cu ən yaxşı brend hesab olunur.

Brend Dəyəri (mlrd. avro)
Gucci 17,194
Enel 11,305
Eni 9,664
Intesa Sanpaolo 8,976
Generali 8,249
Poste Italiane 7,475
Ferrari 7,155
TIM 6,019
Conad 5,388
Prada 4,613
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*