F-1.az bildirir ki, Ferrari komandası Montsada SF-23-ün burnunda və motor qapağında sarı rəngdən istifadə edəcək.
Bunun da səbəbi Ferrari-nin 24 saatlıq Le Man marafonundakı qələbəsidir. Ferrari 499 Hypercar-ın o yarışdakı rəng çalarları sarı və qırmızı rəngdən ibarət idi.
Sürücülərin nömrələri də ağ yox, sarı rəng üzərində yazılıb. Həftəsonu üçün sürücülərin kombinezonları və dəbilqələrinin də rəng çalarları buna uyğunlaşdırılıb.
Ferrari komandasının azarkeşləri İtaliya Qran Prisi ərzində məhdud sayda istehsal olunmuş bu rəng çalarındakı geyimləri satın ala biləcək”.