F-1.az xatırladır ki, Ferrari bu il 24 saatlıq Le Man marafonunda qalib gəlmişdi. Komandada bunun şərəfinə Montsada xüsusi rəng çalarında yarışmağa hazırlaşır.
Rəng çalarının necə olacağı hələ məlum deyil, ancaq maşının 24 saatlıq Le Man marafonundakı yarış maşını kimi rənglənməsi gözlənilir.
Lakin Ferrari komandası maşından əvvəl sürücülərin geyinəcəyi kombinezonları təqdim edib. Kombinezonda qırmızı, sarı və qara rənglərə üstünlük verilib. Komanda maşının rəng çalarını böyük ehtimalla həftənin dördüncü günü təqdim edəcək.