Ferrari İmolada zərərçəkmişlərə başsağlığı verib

Ferrari komandası Emiliya Romanya Qran Prisinin ləğv olunması ilə bağlı bəyanat yayıb.

F-1.az xəbər verir ki, komanda FİA-nın qərarını dəstəkləməklə, təbii fəlakət nəticəsində əyalətdə zərərçəkmişlərə başsalığı da verib…

Bəyanatda deyilir: “Scuderia Ferrari komandası Formula1 və FİA-nın İmola Qran Prisini ləğv etmək qərarını tam dəstəkləyir. Baxmayaraq ki, bu, bizim üçün xüsusi məna kəsb edən ev yarışımızdır, hazırda birinci prioritet zərərçəkmiş ərazilərdə yaşayan və işləyən bütün insanların təhlükəsizliyi olmalıdır.

Bütün Ferrari işçiləri adından bu dəhşətli faciədən əziyyət çəkən hər kəsə dərin hüznlə başsağlığı vermək istəyirik. Emiliya Romanya bizim vətənimizdir, insanların bu dəqiqə nələr yaşadığını görmək çox ağrılıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*