Ferrari ikinci yarışa yenilik gətirəcək

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, bu mövsüm ilk yeniliklərini Səudiyyə Ərəbistanı və Avstraliya yarışlarına gətirəcək.

F-1.az xatırladır ki, Ferrari komandası 2023-cü il mövsümünə heç də yaxşı başlamayıb. Bəhreyn yarışını 1 sürücü ilə tamamlayan “qırmızılar” yarışın qalibi Ferstappendən 48 saniyə geridə qalıblar. Bu da demək olar ki, hər dövrəyə 1 saniyə edir.

Komanda yeniliklər hesabına bu geriliyi aradan qaldırmaq istəyir. Lakin italyanlar bu işdə elə də səxavətli deyil. Belə ki, son illərdə onların mövsüm ərzində gətirdikləri yeniliklər əksinə maşının sürətini azaldıb.

Frederik Vassyör: “Mövsümün sonuna qədər yeniliklər gətirməyi planlaşdırırıq. İlk yenilikləri Ciddəyə ya da Melburna gətirməyi planlaşdırırıq. Məncə, bu sirr deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*