Ferrari ikinci olmaq istəmir?

Formula1 üzrə 1996-cı ilin dünya Çempionu Deymon Hill düşünür ki, Ferrari son iki yarışda tam gücdə getməyəcək.

F-1.az xatırladır ki, Ferrari sonuncu Meksika yarışında 5 və 6-cı olaraq, builki ən pis performansını göstərmişdi. Onlar hazırda ikinci yerdədirlər və Mercedes-i 40 xal qabaqlayırlar.

Deymon Hill: “Büdcə limitini unutdunuz? Ekstra xərclərə görə istədiyiniz qədər motor partlada bilməzsiniz. Ferrari diqqətli olmalıdır. Məncə, onlar qənaət edərək, gələn ilə fokuslanırlar. Yenilik gətirmirlər, bolidi təkmilləşdirmirlər. Böyük ehtimalla büdcə limitini keçməmək üçün motorlarını da qorumağa çalışacaqlar.

Güclüsünüzsə, inkişaf şansınız o qədər azalır. həmişə zəif komandalar daha çox inkişaf şansına sahibdirlər. Bəlkə də, Ferrari ikinci olmaq istəmir, çünki üçüncü olsalar, aerodinamik boruda daha çox vaxt keçirə biləcəklər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*