Ferrari iki sponsoru ilə müqaviləni uzatmayıb

RacingNews365-in məlumatına görə, Ferrari 2023-cü ildə iki əsas sponsoru ilə yollarının ayrılması səbəbindən ciddi maliyyə itkiləri ilə üzləşə bilər.

F-1.az sözügedən mənbəyə istinadən xəbər verir ki, Ferrari Velas kripto şirkəti ilə əməkdaşlığı davam etdirməyəcək və mikrosxemlər istehsal edən Snapdragon-un adı da sponsorlar siyahısından yoxa çıxıb.

Bildirilir ki, Ferrari və Velas arasında müqaviləyə əməl edilməməsi səbəbindən fikir ayrılığı yaranıb və hər iki tərəf məhkəməyə hazırlaşır. Snapdragon-a gəldikdə isə, müqavilənin ləğvi ilə bağlı qarşılıqlı qərar verilib. Şirkət Mercedes ilə əməkdaşlığa başlaya bilər.

Bu sövdələşmələrin ümumi dəyəri təqribən 55 milyon dollar (Velasdan 30 milyon dollar, Snapdragondan 25 milyon dollar) qiymətləndirilir ki, bu da Ferrari-nin illik kommersiya gəlirinin dörddə birini təşkil edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*