Ferrari iki layihə üzərində işləyəcək

Mövsümə yekun vuran Ferrari komandasının başçısı Stefano Domenikali milad bayramı ərəfəsində bəzi kadr dəyişiklikləri barədə məlumat verib… Stefano Domenikali: “Bir […]

Mövsümə yekun vuran Ferrari komandasının başçısı Stefano Domenikali milad bayramı ərəfəsində bəzi kadr dəyişiklikləri barədə məlumat verib…

Stefano Domenikali: “Bir neçə ay biz aerodinamik borunun yenidənqurulması və yeni metdolardan istifadəsi üzərinə işlədik. Bildiyiniz kimi, biz Maranellodakı borunu bərpa edirik – boru gələn il avqust ayına qədər bağlı qalacaq, biz hələlik Toyota-nın Kölndəki borusunda işləyəcəyik.

Bundan başqa, biz aerodinamik boruda işləyən mütəxəssislər arasında iş bölgüsü də aparmışıq. Bu il gördük ki, bir neçə vəzifəni eyni zamanda həll etməyə çalışanda, görlüən işlərin effektliyi azalır.

Məlumdur ki, gələn il biz tam yeni bir layihə üzərində işləməliyik. Karyerası Maranelloda qurulan mühəndis Simone Resta 2013-cü ilin maşını üzərində, Fabio Montekki isə 2014-cü ilin maşınıü zərində işləyəcək. Nikolas Tombasis isə baş konstruktor qalacaq.

Biz əla başa düşürük ki, mövsümə daha rəqabətədavamlı maşınla başlamalıyıq. Mövsümün sonuna bir neçə həftə qalmış biz yeni maşın üzərində işə başlamışıq, çünki mövsümün sonuna qədər cari maşını təkmilləşdirməliydik.

2013-cü ilin maşını yanvarın sonunda və ya fevralın əvvəlində təqdim olunacaq, amma bu ilk versiya olacaq, son versiyanı isə mövsümöncəsi testlərin sonunda və ya Avstraliyada görəcəksiniz.”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*