Ferrari Həmiltonla müqavilə bağlamağa çalışır

Yeni ildə Ferrari Şarl Leklerlə müqavilənin bir neçə il müddətinə uzadıldığını açıqlayıb. Moneqask ən azı 2026-cı ilin sonuna qədər Ferrari-nin şərəfini qoruyacaq.

F-1.az xəbər verir ki, Leklerin komanda yoldaşı Karlos Sayns da yeni mövsüm başlamazdan əvvəl müqaviləsini uzatmağı gözləyir, lakin Avropa mətbuatında ispaniyalı sürücünün komanda dəyişəcəyi ilə bağlı getdikcə daha çox xəbərlər yer alır.

İtaliya mətbuatı yazır ki, Ferrari Lyuis Həmiltonla danışıqlar apardığı üçün Saynsla müqaviləni yeniləməyə tələsmir. Tərəflər razılığa gələ bilsələr, 7 qat dünya çempionu 2025-ci ildə Şarl Leklerin tərəfdaşı olacaq.

Ötən il Lyuis Mercedes-lə müqaviləsini 1+1 formasında uzadıb və bu, ona 2025-ci ildə komanda dəyişmək imkanı verir. Skuderiya ilə sürücü arasında danışıqlar Ferrari prezidenti Con Elkann və Lyuislə dostluq münasibətləri olan komanda başçısı Frederik Vassyörün iştirakı ilə aparılır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*