Ferrari Həmiltona 50 milyon dollar təklif edir?

British Mail Sport şayiələr yayır ki, Ferrari prezidenti Con Elkann şəxsən Lyuis Həmiltonu komandaya dəvət etməkdə maraqlıdır.

F-1.az mənbəyə istinadən bildirir ki, italyan komanda britaniyalı yeddiqat dünya çempionuna hətta 50 milyon dollar da təklif etməyə hazırdır. Elkannın artıq Həmiltonla sıx əlaqədə olduğu deyilir. Müqavilənin məbləği Hamiltonun hazırda Mercedes-də aldığı məbləğlə müqayisə oluna bilər, sual isə Lyuisin səkkizinci çempionluğunu qazanmaq şansının hansı komandada olacağıdır.

Qeyd edək ki, onun Mercedes ilə müqaviləsi bu ilin sonunda başa çatır. Sürücü dəfələrlə komandada qalmaq istədiyini, komanda rəsmiləri də onun xidmətində bundan sonra da maraqlı olduqlarını dəfələrlə qeyd ediblər. Lakin hələ ki, real müzakirələr başlamayıb.

Mercedes-in son iki ildə onu çempion olmağa imkan verəcək maşınla təmin edə bilməməsi komandadan gedəcəyi barədə şayiələri də durmadan artırır. Digər tərəfdən, hazırda titula ən yaxın komanda olan Red Bull-da sürücü dəyişikliyi gözlənilmir və Ferrari-nin vəziyyəti də göz önündədir. Yəni, Həmiltonu gedəcəyi yerdə daha yaxşı şəraitin gözlədiyini demək inandırıcı olmaz…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*