F-1.az bildirir ki, sürücülər güzgüləri tam istifadə edə bilmədiyi üçün FİA onları haloya yerləşdirməyə icazə verəcəyini açıqlamışdı. Belə görünür ki, ilk addımı Ferrari atıb. Barselonaya yeniliklərlə gələn “qırmızılar” güzgüləri də halonun üzərinə yerləşdiriblər. Eyni zamanda, halonun üzərində bir neçə element də var. Komandanın bu dizaynla davam edib-etməyəcəyi müəmmalıdır. Cümə sərbəst yürüşlərindən sonra son qərar veriləcək.
Ferrari güzgüləri haloya yerləşdirib
Ferrari komandası İspaniya yarışından əvvəl güzgüləri halonun üzərinə yerləşdirib. Eyni zamanda, halonun üzərinə qanadlar da əlavə olunub.