Ferrari güc qurğusunda dəyişiklik edib

Ferrari komandası Bəhreyn yarışındakı problemlərdən sonra Çində yeni idarəetmə bloklarına keçib.

F-1.az xatırladır ki, monakolu sürücü Bəhreyndə lider gedərkən injektor probleminə görə yarışı dayandırmalı olmuşdu. Buna görə də “qırmızılar” Çinə yeni elektron idarəetmə blokları gətiriblər. Haas komandası da eyni addımı atıb, lakin Alfa Romeo komandası heç bir dəyişiklik etməyib.

Qeyd edək ki, mövsüm ərzində iki idarəetmə blokundan istifadə etmək olar. Üçüncüsü istifadə ediləcəyi halda startda yeritirmə cəzası verilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*