Həmin testlərdə əsas pilotlarla yanaşı, komandanın iki ehtiyat sürüücüsü – Antonio Covinatsi və Robert Şvartsman da iştirak edib. Sürücülər komandanın 2021-ci ildə yarışdığı SF21 ilə işləyiblər.
Ferrari rəhbərliyi hesab edir ki, trasda real iş qış fasiləsində köhnə yarış hisslərə tez qayıtmağa imkan verir. Bu gün Fyoranoda hava buludlu və rütubətli olub. Sükan arxasına hamıdan tez Robert Şvartsman keçib.