F-1.az xatırladır ki, “qırmızılar” dünən Fyoranoda 15 kilometr sürüş etmişdilər. Bu gün isə 100 kilometr məsafə qət edəcəklər. Beləliklə, boliddən daha çox məlumat toplayacaqlar.
Sükan arxasına ilk olaraq Şarl Lekler keçib və Pirelli-nin şou təkərləri ilə trasa çıxıb. Bu təkərlər performans göstəmək üçün ideal deyillər. Monakolu sürücüdən sonra kokpitə Karlos sayns oturacaq.
Qeyd edək ki, Ferrari dünəndən sonra boliddə heç bir dəyişiklik etməyib.