F-1.az xatırladır ki, reqlamentə görə, mövsümün gedişində hər bir komanda iki çəkiliş günü trasda çalışa bilər, amma bu zaman maşına nümayiş təkərləri taxılır və ümumən 100 km məsafə qət edilir. Komandanın 2014-cü ildə istifadə etdiyi F14-T bolidinin sükanı arxasında Sebastyan Fettel işləyəcək.
Gazzetta dello Sport-un bildirdiyinə görə, alman sürücü gələn həftə Pol Rikarda keçiriləcək Pirelli-nin testlərində də çalışacaq…