F-1.az xatırladır ki, Ferrari-nin prezidenti Sercio Markionne bir neçə ay əvvəl Formula E-də iştirak etməyəcəklərini demişdi.
Alexandro Aqaq: “Ferrari idman üçün inanılmaz markadır. Onları Formula E-də görmək istəsək də, bu ənənəyə hazır olmadıqlarını düşünürəm. Markionne demişdi ki, Formula E-də olmaq istəmirik. Amma inanmıram ki, bunu Ferrari üçün desin. Bəlkə, Maserati ilə idmana gələrlər. Ancaq bu mövzu barədə onunla danışmamışıq. Bəlkə də, gələcəkdə bir yerdə işləyərik”.