Ferrari Formula 1-ə sadiqliyini təsdiqləyib

Ferrari Formula1-in tarixinin hər dövründə olan, bu idmanın ayrılmaz parçası hesab edilən şirkətdir.

F-1.az bildirir ki, Ferrari-nin baş direktoru Benedetto Vinya şirkətin avtomobil idmanı və Formula1-ə sadiqliyinin bir daha təsdiqləndiyini deyib.

Benedetto Vinya: “Avtoidman bizim üçün çox önəmlidir. Yarış şirkətimizin DNT-sində olub, var və olacaq. 2023-cü ildə, Dünya Dözümlülük Çempionatını tərk etdikdən 50 il sonra biz geri döndük və tezliklə Le Manda start alacağıq.

Biz Formula1 və WEC-ə sərmayə qoymağa davam edirik, çünki bir çox texnologiya yarış trasından mülki yollara ötürülə bilər. Xüsusilə, Purosangue SUV-nin dizaynında daxili yanma mühərriki Formula1 güc qurğusu texnologiyasından istifadə edilməklə hazırlanmışdır.

Formula1-də mövsümün pis başlaması mənim üçün stresli oldu? Bilirsiniz, mənim stress üçün daha əhəmiyyətli səbəblərim var. Komanda üçün bu, təkmilləşmək və çox şey öyrənmək şansıdır. Biz əvvəlkindən daha yaxşı olacaq bir maşın qurmalıyıq. Bu qayda etdiyimiz hər şey üçün keçərlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*