Ferrari F.Massa ilə müqaviləni uzatmağa hazırlaşır

Ferrari-nin Felipe Massa ilə cari müqaviləsi bu il avqustun 31-də başa çatır və son həftələr şayiələr gəzirdi ki, 2011-ci ildə […]

Ferrari-nin Felipe Massa ilə cari müqaviləsi bu il avqustun 31-də başa çatır və son həftələr şayiələr gəzirdi ki, 2011-ci ildə komanda Robert Kubitsanı dəvət edəcək. Bild qəzetinə müsahibəsində Stefano Domenikali bu məlumatı təkzib edib…

Stefano Domenikali: “Biz komandanın gələcəyini Felipe ilə bağlayırıq. Son illərdə o ciddi inkişaf edib və bu gün çempionatın ən güclü sürücülərindən heç nədə geri qalmır.”

Skuderiyanın başçısı jurnalistlərə bildirib ki, komanda artıq 2011-ci ilin maşını üzərində işə başlayıb…

Stefano Domenikali: “Gələn il ikiqat diffuzorlar qadağan olunacaq, ona görə də maşın tam yeni layihə üzərində qurulacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*