Ferrari FİA-nın qərarını məyusluqla qəbul edib

Artıq FİA-nın Avstraliyadakı insidentə görə Ferrari-nin rəsmi etirazını rədd etdiyini yazmışıq.

F-1.az xəbər verir ki, bu qərarın səbəbi komandanın kifayət qədər yeni dəlillər təqdim edə bilməməsi olub.

Komandanın rəsmi bəyanatında deyilir: “Avstraliya Qran Prisinin sonunda Karlos Saynsa tətbiq edilən cərimə ilə əlaqədar FIA-nın etirazımızı rədd etmək qərarını qəbul edirik.

Biz bu qərardan məyus olduq, çünki hesab edirik ki, nəzərdən keçirmək üçün kifayət qədər yeni əsaslı arqumentlər təqdim etmişik – xüsusən də son restart zamanı xüsusi şərtlər və çoxsaylı insidentlər kontekstində.

Lakin biz FIA-nın qərarına hörmətlə yanaşırıq, eyni zamanda ədalətin və sabitliyin ən yüksək səviyyəsini təmin etmək üçün idmanımıza nəzarəti daha da təkmilləşdirmək üçün FİA, Formula1 və komandalarla daha geniş müzakirələrə başlamağı səbirsizliklə gözləyirik.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*