F-1.az xatırladır ki, əgər Red Bull Powertrains yeni təchizatçı kimi qəbul edilərsə, 2026-cı ildən yeni təchizatçılara ediləcək bir sıra güzəştlərdən faydalana biləcək. Məsələn, 3 il boyunca əlavə 25 milyon dollar xərcləyə və daha artıq testlər edə biləcək.
Corriere dello Sport nəşrinin fikrinə görə, Ferrari bu mübarizədə yalnız qalıb. İddialara görə, 2026-cı ilin qaydaları hələ imzalanmasa da, tərəflər artıq razılığa gəliblər. Deyilənlərə görə, bir çox məsələdə Maranellodan olan rəhbər şəxslər geri addım atıblar və razı görünürlər. Bunun əvəzində isə komandanın motorların istehsal prossesi ilə bağlı federasiyaya bəzi məsələləri qəbul etdirdiyi iddia olunur.
Tərəflərin nə əldə etdiyini zaman göstərəcək…