F-1.az xatırladır ki, bu qərar komandaların idman direktorlarından tutmuş, sürücülərə qədər hamını təəccübləndirmişdi. Xalların tam verilməsi nəticəsində Maks Ferstappenin çempionluğu da rəsmiləşmişdi.
Daha sonra məlum olmuşdu ki, dövrə sayına uyğun tam olmayan xallar yalnız yarış yarımçıq dayandırıldıqda və davam etdirilməsi mümkün olmadıqda verilir. Əgər yarış damalı bayraq altında başa çatarsa, dövrə sayından asılı olmayaraq, xallar tam verilir.
Ferrari komandası isə FİA-dan niyə belə bir qərar verildiyini açıqlamasını istəyir.
Mattia Binotto: “Düzünü desəm, niyə belə olduğunu bilmirəm. İdman direktorumuzla bu qaydanı yoxlamalıyıq, amma gələcəkdə müzakirə edilməli və aydınlaşdırılmalı mövzudur. Çaşqınlıq yarandı. Hesablamalarımıza görə, titul uğrunda mübarizə hələ başa çatmamışdı, lakin daha sonra xallar açıqlandı və hər şeyi aydın oldu. Maks dünya çempionudur, buna heç bir şübhə yoxdur”.