F-1.az xatırladır ki, almaniyalı sürücü son illərdə ancaq etdiyi səhvlərlə gündəmə gəlib və keçən il gənc komanda yoldaşı Leklerdən geridə qalıb. Keçən ilin sonunda çıxan iddialara görə Həmilton 2021-ci ildə dördqat Dünya Çempionunu əvəz edəcək. Ancaq Binotto bu iddiaları təkzib edib: “Hazırda birinci seçimimiz Sebastyandır. Hazırda onunla danışıqlar gedir, ancaq yenə də təkrar edirəm ki, bizimçün ilk seçim Sebastyandır. Həmiltonu transfer etmək istəyimiz yoxdur.
Son qərarı lazım olan zaman verəcəyik. Hazırda bolidə, qış testlərinə və ilk yarışa fokuslanmışıq. Qalan şeylər üçün vaxtımız var”.