F-1.az xatırladır ki, tərəflər arasındakı mövcud müqavilə bu ilin sonunda başa çatır. Ferrari-nin dördqat dünya çempionuna etdiyi ilk təklif az maaşlı və birillik idi. Lakin Fettel bunu “zarafat” adlandıraraq imtina etmişdi. İtalyan nəşrinin məlumatına görə, yeni müqavilədə maaş yenə də Leklerin aldığı qədər – 12 milyon dollar nəzərdə tutulub (Fettelin əvvəlki müqavilə üzrə maaşı 30 milyon dollardır), lakin müddəti bir neçə illikdir.
İndi isə Sebastyanın hansı qərarı verəcəyi gözlənilir. Əgər komandadan getsə, onu əvəzləmək üçün ən real namizədlər Daniel Rikkardo və Karlos Saynsdır.