Ferrari fərqli rəng çaları ilə yarışacaq?

Ferrari komandası 2019-cu ildə fərqli rəng çalarları ilə yarışmağa hazırlaşır.

F-1.az bu xəbəri İtaliya mətbuatına istinadən yayıb. Bundan başqa “qırmızılar” yeni bolidin adını şirkətin 90-cı ildönümü şərəfinə SF-90H adlandıra bilər. Xatırladaq ki, Ferrari 1929-cu ildə Alfa Romeo şirkətinin avtoidman şöbəsi kimi qurulub. 1947-ci ildən etibarən isə yol maşınları istehsalına başlayıblar.

Fevralın 15-i təqdim olunacaq yeni bolidin fərqli rəng çalarlarında olması gözlənilir. Bunun əsas səbəbi isə komandanın yeni sponsoru Mission Winnow-dur.

Qeyd edək ki, Ferrari F1 tarixində əksər hallarda qırmızı maşınlarla yarışıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*