F-1.az xəbər verir ki, sosial şəbəkələrdən aktiv şəkildə istifadə edən komanda Scuderia Ferrari All Access adlı tətbiq ilə fanatlarına daha da yaxın olacaq. Tətbiqi smartfonuna və ya planşetinə yükləyənlər ancaq bu tətbiqdə görə biləcəkləri şəkilləri, reportajları və müxtəlif məzmunları xallar toplayaraq əldə edə biləcəklər.
Fanatlar linkləri, tətbiqi və istənilən başqa məzmunu paylaşaraq, bəyənərək və müəyyən tapşırıqları yerinə yetirərək xallar toplayacaqlar. Toplanılan xallara uyğun olaraq tətbiqdə medallara və müxtəlif adlara layiq görüləcəklər. Tətbiqdə tez-tez müxtəlif mükafatlı yarışlar təşkil olunacaq.
Ferrari həm də azarkeşlərin paylaşımlarından bəyəndiklərini tətbiqdə paylaşacaq.