Ferrari F1-75-i gün üzünə çıxarıb

Ferrari komandası bu gün onlayn təqdimatla 2022-ci il bolidləri F1-75-i təqdim edib.

F-1.az bildirir ki, “qırmızılar” yeni bolidlərini Maranelloda təqdim ediblər. Bu il uzun illərdən sonra Philip Morris-lə yollarını ayıran Ferrari, dizaynda radikal dəyişikliklər edib. Komanda qırmızı rəngi qorusa da, 1990-cı illərin əvvəlində istifadə etdikləri qara rəngə üstünlük veriblər. Bolidin ön və arxa qanadında, burnunda və motor qapağında qara rəngə yer verilib. Bundan başqa Halo və sürücü nömrələri qara rəngə boyanıb. Boliddə 75-ci ildönümünə həsr olunmuş loqotip də var.

Bolidə gəldikdə isə komanda konsept maşını yox, 2022-ci ilin real bolidini göstərib. F1-75-in burun hissəsi çox yenilikçidir və aqressiv görünür. Ferrari beləliklə, Formula1-də heç vaxt görülməmiş burun və ön qanad dizaynından istifadə edib. Bolidin saydpodları da fərqlənir. Saydpodun ön tərəfinin alt hissəsi kəsikdir, amma saydpodun üstündə geriyə doğru uzanan kanal var.

Ferrari son qələbəsini 2019-cu ilin Sinqapur yarışında alıb. Bəs görəsən yeniliklər İtaliya komandası üçün düşərli olacaqmı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*