F-1.az xəbər verir ki, qaydalara görə, komandalar bu testlərin bir gününü mütləq gənc sürücülərlə işləməlidir.
Bu gün Ferrari komandası Yas Marina trasında keçiriləcək testlər üçün sürücülərinin iş qrafikini dərc edib.
Testlərin ilk günündə sükan arxasına Scuderia-nın üçüncü pilotu Robert Şvartsman əyləşəcək. Rusiyalı sürücü günorta və axşam seanslarında təkbaşına işləyəcək.
Testlərin ikinci günündə Ferrari-nin əsas sürücüləri maşını bölüşəcəklər. Səhər saatlarında sükan arxasında Şarl Lekler, axşam isə Karlos Sayns işləyəcək.