Agentlik hesabatını bu gün Davosda keçirilən Ümumdünya İqtisadiyyat Forumunda elan edib.
F-1.az həmin hesabata istinadən bildirir ki, 9.1 milyard dollarlıq dəyərləndirilən Ferrari brendi 100 mümkün baldan 94.8 bal yığaraq McDonalds, Coca-Cola, Lego və Disney kimi brendləri qabaqlayıb.
Bundan əlavə Ferrari-yə AAA+ reytinqi verilib ki, bu reytinq müxtəlif biznes sahələrdən cəmi 14 brendə verilib və onlardan da daha ikisi avtomobil – Porsche və BMW şirkətləridir.
Global 500 reytinqi xüsusi Brand Strength İndex (BSİ) metodikası ilə hazırlanıb. Bu zaman brendin bazar dəyəri ilə yanaşı bir sıra digər faktorlar da nəzərə alınır. 2019-cu ilin yekunlarına görə dünyanın ən bahalı brendləri Samsung (187.9 milyard dollar), Apple və Google olaraq qalır.