F-1.az bildirir ki, Maranellodan Monte Karloya maraqlı bir bağlama gəlib – Ferrari komandası xüsusi konteynerlə sürücüsünə 2019-cu ildə çıxış etdiyi maşını göndərib. Məhz bu şassinin sükanı arxasında gənc sürücü Spa və Monzada qələbələr qazanmışdı.
İndi Şarlı başqa bir məsələ narahat edir – bu hədiyyəni harada saxlayacaq? Deyilənlərə görə, Şarl knyaz avtomobil muzeyi ilə danışıqlar aparıb və SF90 üçün orada yer hazırlanır…