F-1.az xatırladır ki, Fettel “qırmızılar”-ın heyətində beşinci mövsümünü keçirəcək, Lekler isə komandada debüt edəcək.
Ferrari bu dəyişikliklə bağlı planları təsdiqləyib. Qeyd edək ki, bu cür dəyişiklik 2016-cı ildə Mercedes-də edilmişdi. Niko Rosberqlə Lyuis Həmiltonun mexanikləri dəyişdirilmiş və mövsüm sonunda almaniyalı sürücü karyerasının ilk və tək çempionluğunu əldə etmişdi. İndi də belə görünür ki, Lekler dördqat Dünya Çempionu ilə işləyən komandayla çalışacaq. Bəzi iddialara əsasən Fettelin baş mühəndisi vəzifəsindən ayrılıb. Bolidin hazırlanmasına bir neçə gün qalmış gələn bu xəbər Ferrari üçün gözlənilməz olub. Lakin onun yerini doldurmaq İtaliya komandası üçün çətin deyil. Bəzi dedi-qodulara əsasən Fettellə mühəndisin arası Braziliyada kokpitdə qalan qayka açana görə dəyib.