Ferrari də razı deyil?

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, onlar yeni sıralanma turu formatına razı olmayacaqlar...

F-1.az xəbər vermişdi ki, artıq sıralanma turunun reqlamenti dəyişdirilir. Bundan sonra hər 90 saniyədən sonra bir sürücü mübarizəni dayandıracaq.

Əvvəlcə deyildi ki, yeni reqlament Avstraliya QP-dən etibarən tətbiq ediləcək, amma Ekklstoun dedi ki, yeni format İspaniya QP-dən etibarən tətbiq ediləcək. Daha sonra isə yeni reqlamentin 2017-ci ildən etibarən həyata keçiriləcəyi deyildi.

Sercio Markionne yeni format barədə danışıb: “Yeni sıralanma turları formatı haqqında hələ çox müzakirələr aparılmalıdır. Sistemi alt-üst etmək olmaz. Diqqətli olmalıyıq. Mən Berni ilə razılaşacağımıza əmin deyiləm.

Hazırkı vəziyyəti götür-qoy etməliyik. Hər təklifi qəbul edə bilmərik”.

Markionne SF16-H bolidi barədə təəssüratlarını bildirib: “Birinci qış testlərindən əldə etdiyimiz nəticələr bizə cəsarət verdi. Bolidimiz yaxşı görünür və mən sürücülərimizdən də əminəm. Amma Avstraliya QP-nə qədər görüləcək çox iş var.

Biz istəyirik ki, mövsümün ilk yarışında ən öndə Ferrari-ni görəsiniz, amma bunun üçün bir qədər gözləməliyik.

Mercedes AMG-nin zaman nəticələrinə inanmıram. Onlar sakit görünürlər. Bu bizi narahat edə bilər.

Bolidimizin rəqabətədavamlı olması çox vacibdir. Qalib gəlməyin mümkün olub-olmadığını sonra görəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*