Ferrari-də kadr dəyişikliyi edilib

Ferrari komandası son yarışlardakı etibarlılıq problemlərinə görə keyfiyyət şöbəsinin başına Mariya Mendozanı gətirəcək.

F-1.az xatırladır ki, italyanlar son 3 yarışda cəmi 22 xal toplaya biliblər. Britaniya mətbuatı isə iddia edir ki, Sercio Markionne keyfiyyət şöbəsinin rəhbərini vəzifəsindən uzaqlaşdıraraq, onu Mariya Mendoza ilə əvəzləyib.

Qeyd edək ki, Mariya 2012-ci ildə FİAT şirkətlər qrupuna qoşulub və həm ispanca, həm də italyanca bilir. Mendoza F1 bolidinin detallarının keyfiyyətindən məsul olacaq və 25 nəfərlik keyfiyyət qrupunu idarə edəcək. Bu dəyişikliyin təsiri qısa müddət ərzində özünü göstərməyəcək, çünki mövsümün bitməsinə 4 yarış qalıb. Rəsmi açıqlamanın qısa müddət ərzində verilməsi gözlənilir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*