Ferrari-də dəyişiklik olacaq

Ferrari komandası rəhbərlikdə bəzi dəyişikliklər etməyə hazırlaşır. Bundan sonra Mattia Binotto komanda körpüsündə olmayacaq və komandaya yeni baş strateq gələcək.

F-1.az bildirir ki, dəyişiklikdən sonra Binotto boksda olacaq. Bunun səbəbi isə komanda körpüsündə 7 oturacağın olması və onların strateqlər arasında paylanmasıdır. Əksər komandalrın rəhbərləri indiki dövrdə komanda körpüsündə oturur və yarışları oradan izləyirlər. Lakin Mercedes Motorsport-un rəhbəri Toto Volff yarışları həmişə boksdan izləyir. Binotto daha əvvəl də dediyi kimi bu il bəzi yarışlarda iştirak etməyəcək.

komandanın yeni baş strateqi 2016-cı ildən bəri Ferrari-də işləyən britaniyalı Ravin Ceyn olacaq. O, İnako Ruedanı əvəz edəcək. Komandanın hazırkı idman direktoru Loren Mekis isə artıq yarış direktoru olacaq.

Ferrari bu barədə belə açıqlama verib:” Fevral ayında yeni quruluşu təqdim edəndə Loren Mekisin yarış direktoru olacağını demişdik. İnaki Rueda isə həm baş strateq, həm də idman direktoru olmalı idi. Buna görə də işi yavaş-yavaş Lorendən almağa başlamışdı. Artıq o, tamamilə bu işdən məsuldur. Loren isə trasda baş verənlərə nəzarət edir. Bir digər yenilik isə Ravin Ceynin baş strateq olmasıdır.

Ravin gənc mühəndisdir və Ferrari Mühəndislik Akademiyası vasitəsi ilə seçilib. Onun karyerası Şarl Leklerinkinə bənzəyir. O, komandada təkmilləşəcək”.

Qeyd edək ki, Ravin Ceyn Ferrari-yə Caterham-dan gəlmişdi.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*