Ferrari daha bir tərəfdaşının adını açıqlayıb

Ferrari yeni maşının təqdimatı ərəfəsində yeni tərəfdaşlarının adlarını açıqlamağa davam edir.

F-1.az xəbər verir ki, komanda bu dəfə də Ecopol ilə müqavilə imzaladığını açıqlayıb.

Baş ofisi Toskanada yerləşən bu italyan şirkəti əsasən məişət və təmizləmə sahəsində istifadə olunan, suda həll olunan və bioloji parçalana bilən plyonkaların istehsalında ixtisaslaşıb.

Ecopol loqoları komandanın yeni maşının üzərində və Dözümlülük yarışlarında istifadə olunan Ferrari 499P hiperkarının üzərində əks olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*