F-1.az xatırladır ki, “qırmızılar” Avstraliyada heç kimin gözləmədiyi halda qalib gəlmişdilər. Amma Mattia Binottonun komandası Albert Park trasında toplanılan məlumatları təhlil edərək, Çin Qran Prisi üçün böyük yeniliklər hazırlayır. Qış testlərində və ilk yarışda görünən əylənmə problemi Çində hər iki boliddə də həll olunacaq. Bolidin arxa tərəfində asfaltayatma qüvvəsi çatışmır. Komanda ötürmələr qutusunun ətrafındakı tunelləri genişləndirərək bolidin real performansını üzə çıxarmaq istəyir.
Xatırladaq ki, Fettel Melburnda bolidin əylənmə və döngə girişindəki performansından narazı qalmışdı…