Avstraliya Qran Prisindən sonra FİA-ya maraqlı bir şikayət daxil olmuşdu – rəqib komandalardan biri Ferrari komandasının Sebastyan Fettelə göstərilən lövhənin şəklini çəkib. Lövhədə yarışın gedişində almaniyalı sürücüyə “-3.2 LFS6 P1” məlumatı verilib. Amma Autosport-un bildirdiyinə görə, komanda federasiyaya bu yazını asanlıq izah edib.
FİA-nın yarış direktoru Çarli Uaytinq təsdiq edib ki, Fernando Alonsonun qəzasına görə elan olunan fasilə zamanı bir neçə problem yaşanıb. Ferrari-nin misalında, yarışın restartı zamanı Fettelin maşınında olan standart idarəetmə blokunun (SECU) proqram təminatında problem əmələ gəlib. Ona görə də komanda sürücüyə lazım olan məlumatı pit divarından göstərməli olub.
Bu izahat FİA-nı qane edib və qaydalara zidd deyil, ona görə də heç bir sanksiya tətbiq olunmayacaq.