F-1.az bildirir ki, yarışdan əvvəl FİA-nın texniki nümayəndəsi Co Bauer Şarl Leklerin bolidində yanacaq reqlamenti ilə bağlı pozuntu aşkarlayıb və bunu stüardlara bildirib. Raporta əsasən Ferrari-nin açıqladığı yanacaq yükü ilə çəndə olan yük arasında 4.88 kiloqram fərq olub. Ferrari-nin cəza alıb-almayacağı müəmmalı idi. Red Bull komandasının rəhbəri Kristian Horner gənc sürücü Leklerin yarışdan xaric ediləcəyini demişdi. Lakin stüardlar uzun müddət müzakirə apardıqdan sonra səhv məlumat verən Ferrari-yə 50 min avro pul cəzası verib.
Mattia Binotto: “Açıqlamalı bir şey yoxdur. Hesablamalarda səhv var. Biz düzgün hesabladığımıza inanırıq. Problem onlardadır”.